“Avropalılar və digər müttəfiqlər uzun müddətə dəstəklərini gücləndirmək üçün, Trampın fikrini yenidən dəyişdirəcəyi təqdirdə, onun bu addımı atmasından mümkün qədər tez istifadə etməlidirlər.
Qəzetin yazdığına görə, Qərb üçün etibarlı yanaşma G7 və Aİ-nin kölgə donanmasına əlavə məhdudiyyətlər də nəzərə alınmaqla, Rusiya neftinə daha aşağı qiymətlər təyin etmək üçün həlledici, koordinasiyalı hərəkəti olardı.
|
| Roma da Trampın planını sabotaj edir | VİDEO |
Bununla belə, NATO-ya üzv olan bir sıra Avropa ölkələri öz vəsaitləri hesabına Ukraynanı Amerika istehsalı olan silahlarla təchiz etmək planına qoşulmaq fikrində deyillər.
Eyni zamanda, Amerikanın bəzi media-resurslarının yazdığına görə, Trampın 50 günlük möhlət hədəsinə məhəl qoymayan Rusiya Ukraynaya zərbələri və onun ərazilərinin işğalını dayandırmır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


