FHN: Dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib

   FHN:    Dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib
  21 İyul 2025    Oxunub:977
Ötən həftə ərzində 940 yanğına çıxış, 67 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 71 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 22 nəfər təxliyə olunub, 11 nəfər tüstüdən zəhərlənib, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər: FHN   xilasetmə  



Xəbər lenti