Pekin Brüsselə cavab verəcək

   Pekin Brüsselə cavab verəcək
  21 İyul 2025    Oxunub:951
Çinin Ticarət nazirliyi Avropa İttifaqının (Aİ) ölkə banklarına təsir göstərən 18-ci anti-Rusiya sanksiyalar paketini tənqid edib.
AzVision.az bildirir ki, məhdudiyyətləri əsassız adlandıran rəsmi Pekin onlara cavab verəcəyini açıqlayıb.
Çinin Ticarət nazirliyinin press-relizinə görə, Pekin sanksiyalardan “son dərəcə narazıdır” “heç bir əsası olmayan” bu cür tədbirlərə qəti şəkildə qarşı çıxır.

“Aİ-nin hərəkətləri Çin və Aİ liderlərinin əldə etdiyi konsensusa ziddir və ticarət-iqtisadi əlaqələrə ciddi mənfi təsir göstərib. Pekin Çin şirkətlərinin və maliyyə institutlarının qanuni hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün lazımi tədbirlər görəcək”, - sənəddə vurğulanır.

Xatırladaq ki, Aİ-nin 18-ci sanksiyalar paketi iyulun 19-da qüvvəyə minib və 18 fiziki və 41 hüquqi şəxsə şamil edilib. Məhdudiyyətlərə Rusiya ilə ticarət edən yeddi Çin şirkəti, həmçinin Çinin “Suifenhe Rural Commercial Bank” və “Heihe Rural Commercial Bank” bankları daxildir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin     cavab  



Xəbər lenti