Rusiyada təyyarə qəzası I 49 nəfərin hamısı ölüb

      Rusiyada təyyarə qəzası I    49 nəfərin hamısı ölüb
  24 İyul 2025    Oxunub:1123
Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
Bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, sərnişin təyyarəsinin qalıqları Tındadan 15 kilometr məsafədə aşkar edilib. İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb. Qəzanın baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.

Qeyd edək ki, “Rosaviasiya”nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

AzVision.az



Teqlər:



Xəbər lenti