Azərbaycanda İKT sahəsində çalışanların 30 faizi qadınlardır
Onun sözlərinə görə, qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanları daha geniş və sistemli şəkildə dəstəklənməlidir:
"Məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə bu müsabiqəni həyata keçirdik. Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya hamı üçün" proqramı çərçivəsində reallaşdırılır.
Proqramın əsas məqsədi informasiya texnologiyalarına universal çıxış təmin etmək, o cümlədən qadınlar arasında rəqəmsal bərabərsizliyi aradan qaldırmaqdır. Qısa müddətdə - cəmi 17 gün ərzində çoxsaylı müraciət daxil oldu onlardan 46 layihə münsiflər heyətinin səsverməsinə təqdim edildi. Bu, qadınlarımızın texnologiya sahəsində nə qədər yaradıcı, təşəbbüskar və məqsədyönlü olduğunu bir daha sübut edir".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


