Azərbaycan XİN Rusiyaya başsağlığı verib

   Azərbaycan XİN Rusiyaya başsağlığı verib
  24 İyul 2025    Oxunub:1024
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında deyilir.

Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.

AzVision.az



Teqlər:



Xəbər lenti