ABŞ-Çin münasibətləri necə olmalıdır? | VİDEO

   ABŞ-Çin münasibətləri necə olmalıdır?    | VİDEO
  27 İyul 2025    Oxunub:520
Vaşinqton Pekinlə hörmətcil münasibətlər istəyir, lakin fikir ayrılığı halında öz mövqeyini müdafiə edəcək.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio belə deyib.
Onun sözlərinə görə, Amerika tərəfi anlaşılmazlıqları neytrallaşdırmaq üçün ən azı Çinlə qarşılıqlı əlaqə qura bilməlidir. Ona görə də, ABŞ Pekinlə münasibətlərini saxlamalıdır.

“Biz onlarla hörmətcil münasibət qurmağa çalışırıq. Ancaq fikir ayrılığımız olan məsələlərdə biz həmişə Amerikanın mövqeyini müdafiə etməliyik”, - Marko Rubio bildirib.

Xatırladaq ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında ABŞ və Çin nümayəndələri arasında kəskin mübahisə yaşanıb.

Tramp kömürə qayıdır
ABŞ-nin BMT-dəki səfiri vəzifəsini icra edən Doroti Şi bildirib ki, Çinin ikili təyinatlı mallara ciddi ixrac nəzarətinin tətbiqi iddiaları “Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi dronlarda, silahlarda və nəqliyyat vasitələrində Çin istehsalı komponentlərinin gündəlik aşkarlanması fonunda dağılır”.

Pekinin BMT-dəki nümayəndəsi Qen Şuan ittihamları rədd edərək Çinin Rusiya-Ukrayna münaqişəsinin tərəf olmadığını və heç vaxt heç bir tərəfə silah vermədiyini vurğulayıb.

O, ABŞ-ni Ukraynada baş verənlərə görə günahı başqalarının üzərinə atmağı və ya qarşıdurma yaratmağı dayandırmağa çağırıb. Pekin Vaşinqtonu Ukraynada atəşkəs və sülh danışıqlarının təşviqində daha konstruktiv rol oynamağa səsləyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Çin  



Xəbər lenti