Ağdərədə yanğınla mübarizə tədbirləri davam etdirilir | VİDEO

Ağdərədə yanğınla mübarizə tədbirləri davam etdirilir  | VİDEO
  27 İyul 2025    Oxunub:498
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.


AzVision.az


Teqlər: FHN   Ağdərə  



Xəbər lenti