İranda iki ABŞ vətəndaşı saxlanılıb

   İranda iki ABŞ vətəndaşı saxlanılıb
  28 İyul 2025    Oxunub:844
İranda son günlərdə ümumilikdə 35 nəfər yəhudi İsrail lehinə casusluq ittihamı ilə həbsə alınıb.
İsrail İctimai Yayım Şirkətinin ("Kan") yaydığı məlumata görə, tutulan ABŞ vətəndaşları da yəhudi mənşəlidirlər. Onların İrana öz yaxınlarına baş çəkmək üçün gəldikləri bildirilib.

ABŞ vətəndaşlarından biri girov müqabilində azadlığa çıxsa da, digəri hələ də həbsdədir.

"Kan"ın məlumatına əsasən, İran hökuməti son günlərdə casusluqda təqsirləndirilən ümumilikdə 11 yəhudini sərbəst buraxıb.

Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   ABŞ   İsrail   həbs  



Xəbər lenti