Salyan şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Salyan şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  28 İyul 2025    Oxunub:385
İyulun 29-u saat 08:00-dan saat 22:00-dək Bakı şəhərinin Səbail rayonu, Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti