Bərdədə bir nəfər çayda boğulub

Bərdədə bir nəfər çayda boğulub
  31 İyul 2025    Oxunub:434
Bərdə rayonunda bir nəfər çayda boğulub.
AzVision.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndindəki Çaylaq adlanan ərazidə baş verib.

Sakinlərin bildirdiyinə görə, çayda boğulan şəxs kənd sakini Nihad Əliqulu oğlu Rüstəmovdur.

Hazırda meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az





Teqlər:



Xəbər lenti