Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu

Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu
  04 Avqust 2025    Oxunub:858
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli AzVision.az -a bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Qurum rəsmisinin sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

AzVision.az



Teqlər:



Xəbər lenti