Müdafiə Nazirliyi açıqlama yaydı

   Müdafiə Nazirliyi açıqlama yaydı
  04 Avqust 2025    Oxunub:671
MN: Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistanın məlumatları həqiqəti əks etdirmir
AzVision.az xəbər verir ki, açıqlamada deyilir : "Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir".

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.

AzVision.az




Teqlər:



Xəbər lenti