Qaçqınkom sədri vətəndaşlarla görüşüb | FOTOLAR

Qaçqınkom sədri vətəndaşlarla görüşüb |    FOTOLAR
  05 Avqust 2025    Oxunub:572
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
AzVision.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək. Komitə sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.



AzVision.az


Teqlər: Qaçqınkom  



Xəbər lenti