Balta ilə insanlara hücum çəkən ruhi xəstə saxlanılıb

Balta ilə insanlara hücum çəkən ruhi xəstə saxlanılıb
  05 Avqust 2025    Oxunub:962
Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -s bildirilib ki, R.Səmədov saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyətinin qənaət bəxş olduğu üçün evə buraxılıb. Həmçinin 2010-cu ildə Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti