21 avqust tarixinədək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.
“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 300-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


