Vitkof Moskvadadır

   Vitkof Moskvadadır
  06 Avqust 2025    Oxunub:757
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə gedib.
"Reuters" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, onu hava limanında Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev qarşılayıb.

Hazırda xüsusi nümayəndənin Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi nəzərdə tutulur. Onun səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək.
Vitkof Rusiyaya gedir | YENİLƏNİB

Xatırladaq ki, Stiv Vitkof Rusiyaya bu il ərzində daha əvvəl üç dəfə səfərə yollanıb. Axırıncı dəfə aprelin 11-də Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Ukraynada müharibənin həlli istiqamətində fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   nümayəndə   Rusiya   səfər  



Xəbər lenti