Braziliya COP30 ərəfəsində rəsmi Şura yaratdığını elan edib
San-Pauluda baş tutan tədbirdə telekörpü vasitəsilə çıxış edən Korrea do Laqo BMT-nin təkliflərinə uyğun olaraq noyabrda iqlim konfransına gələcək nümayəndələr üçün Belemdə əlavə qonaqlama obyektlərinin tikildiyi faktını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Braziliya hökuməti artan logistika problemlərinin təcili həlli yollarını tapmağa çağırdıqdan sonra COP30 üçün çoxdan gözlənilən rəsmi qonaqlama platformasını işə salıb.
COP30 Sədrliyinə görə, Amazonun Belem şəhəri boyunca yerləşən mənzillərdə, tətil zonasında və fərdi yaşayış evlərində təxminən 2,700 əlavə otaq təqdim edilib.
“Climate Home News” platformasında bildirilir ki, burada təklif olunan ən ucuz otaqlar minimum 15 gecə qalmaqla təxminən 300 dollardır. Daha bir hotel şəbəkəsində - COP30 məkanının yaxınlığında yerləşən “suit” platformada iki həftəlik sammit üçün gecəlik 570 dollara otaqlar təklif edilir. Adətən, onlayn reklam edilən tariflərə görə qonaqlardan eyni oteldə bir otaq bron etmək üçün gecəlik 20 dollar və ya saatda 6 dollar alınır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


