Pezeşkiyan İrəvana gedir

   Pezeşkiyan İrəvana gedir
  07 Avqust 2025    Oxunub:966
İran Prezidenti Məsud Pezeşkiyanın yaxın günlərdə Ermənistana səfəri baş tuta bilər.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yerli mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, Məsud Pezeşkiyan həmçinin sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə Çinə yollanacaq.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfərə getmiş və Məsud Pezeşkiyanla görüşmüşdü. Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın artırılmasında razılığa gəlmişdilər. Keçən ay isə Nikol Paşinyan İran Prezidentini İrəvana səfərə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   prezident   Ermənistan   səfər  



Xəbər lenti