Putin Hindistana gedəcək

   Putin Hindistana gedəcək
  07 Avqust 2025    Oxunub:1030
Rusiya Prezidenti Vladimir Putin bu ilin axırlarında Hindistana səfərə yollana bilər.
Bu barədə Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə məlumat verib. O söyləyib ki, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri "çox yaxşı, təqdirəlayiq" səviyyədir.

"Prezident Vladimir Putinin Hindistana bu ilin sonunda planlaşdırılan səfəri barədə məlumat almaqdan şadam", - müşavir vurğulayıb.

Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi keçən ilin iyulunda Moskvaya getmiş, səfər çərçivəsində XXII Rusiya-Hindistan illik sammiti keçirilmişdi. O, sammitin yekununda Rusiya Prezidentini öz ölkəsinə səfərə çağırmışdı. Kremlin mətbuat xidməti bu ilin mayında "dəvətin minnətdarlıqla qarşılandığını" diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   prezident   Hindistan   səfər  



Xəbər lenti