Fidan Misirə gedəcək

Fidan Misirə gedəcək
  08 Avqust 2025    Oxunub:1002
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Misirin paytaxtı Qahirə şəhərinə səfər yollanacaq.
Türkiyə mətbuatının yaydığı məlumata əsasən, o, Prezident Əbdülfəttah Əs-Sisi ilə görüşəcək. Tərəflər qarşılıqlı və regional məsələlər ətrafında müzakirələr aparacaq, iki ölkənin müxtəlif sahələr üzrə əməkdaşlığını qiymətləndirəcəklər. Eyni zamanda, Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında müharibənin cari vəziyyəti, Misir, ABŞ və Qətərin vasitəçiliyi ilə aparılan atəşkəs danışıqları danışıqların gündəliyindədir.
Fidan Suriya Prezidenti ilə görüşəcək

Xatırladaq ki, Hakan Fidan dünən Suriyaya səfəri çərçivəsində bu ölkənin keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ilə görüş keçirib. Onlar Bəşər Əsəd rejiminin devrilməsindən etibarən artan Türkiyə-Suriya münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   nazir   Misir   səfər  



Xəbər lenti