Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır
Layihənin ilkin fazasında yerli və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri götürülüb, fenotip qiymətləndirmə aparılıb.
Götürülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri aşağıdakılardır:
- Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsinin hazırlanması,
- Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS) sistemlərinin tətbiqi,
- Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya səmərəliliyinin yüksəldilməsi,
- Genetik məlumatların elektron baza (genobank) formasında qorunması.
Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.) inteqrasiyası olaraq müəyyən edilib.
Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin mühüm genetik məlumatlar elektron verilənlər bazasında yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq proqramları təkmilləşdiriləcək.
Layihə təkcə elmi araşdırmalar deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsinin qorunması baxımından strateji əhəmiyyət daşıyır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


