Oğurladığı pulu etibarsız əskinasla dəyişən şəxs saxlanılıb

Oğurladığı pulu etibarsız əskinasla dəyişən şəxs saxlanılıb
  09 Avqust 2025    Oxunub:1051
Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində "etibarsız" yazılmış əskinas qoyulub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində "etibarsız" yazılmış əskinas qoyulub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti