10 min hoteli “Booking.com”a qarşı birləşdi
İddia Amsterdam məhkəməsinə “Hotrec” sənaye təşkilatı və 30 milli hotel assosiasiyasının dəstəyi ilə “Hotel Claims Alliance” tərəfindən qaldırılıb. Hotellər 2004-cü ildən 2024-cü ilə qədər itkilərə görə kompensasiya tələb edirlər.
2024-cü ildə Aİ-nin Ədalət Məhkəməsi “Booking”in əsas şərtinin rəqabət qaydalarını pozduğuna qərar verib. Həmin il şirkət Aİ-nin “Rəqəmsal bazarlar haqqında” Qanununun tətbiqindən sonra bu təcrübədən imtina edib.
“Hotrec”in araşdırmasına görə, “Booking Holdings” 2024-cü ildə Avropa onlayn bron bazarının 71 faizinə nəzarət edirdi. Hotel sənayesi nümayəndələri iddia edirlər ki, şirkətin dominant mövqeyi ona komissiyaları 25 faizə qədər artırmağa və hotellərin mənfəətini azaltmağa imkan verir.
“Booking.com” bildirir ki, iddianı hələ almayıb və baş verənlərin hotel sənayesinin təşəbbüsü olduğunu hesab edir. Ekspertlər məhkəmənin uzana biləcəyini proqnozlaşdırırlar.







Vaxtında, Aydın, Lazımlı!


