Türkiyədə 6,1 bal gücündə zəlzələ olub

   Türkiyədə 6,1 bal gücündə    zəlzələ olub
  10 Avqust 2025    Oxunub:1147
Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 19:53-də qeydə alınan zəlzələ İstanbul da daxil olmaqla, ölkənin Mərmərə və Egey bölgəsində bir çox vilayətdə hiss olunub.

Zəlzələ nəticəsində 10 bina dağılıb. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.


Teqlər:



Xəbər lenti