Zəngilanda yanğın törədən şəxs saxlanılıb

Zəngilanda yanğın törədən şəxs saxlanılıb
  11 Avqust 2025    Oxunub:1320
Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti