Prezident Hicran Hüseynovanı təltif edib

   Prezident Hicran Hüseynovanı təltif edib
  12 Avqust 2025    Oxunub:1021
Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
AzVision.az -ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə bu ordenlə təltif edilib.

Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.

AzVision.az



Teqlər:



Xəbər lenti