The Economist: "Alyaskada sanksiyaların ləğvi də nəzərdən keçiriləcək"

      The Economist:    "Alyaskada sanksiyaların ləğvi də nəzərdən keçiriləcək"
  14 Avqust 2025    Oxunub:984
"Prezidentlər Vladimir Putin və Donald Tramp sabaha Alyaska ştatının Ankoric şəhərində keçiriləcək sammitdə iki ölkə arasında münasibətlərin normallaşdırılması və Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsinədə toxuna bilərlər".
Britaniyanın "The Economist" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Ukraynadakı müharibənin həlli üzrə danışıqlar görüşün əsas mövzusudur, amma eyni zamanda, liderlərin ABŞ və Rusiyanın diplomatik əlaqələrinə, habelə Arktikada və enerji sektorunda əməkdaşlığa da diqqət yetirmələri gözlənilir.
Liderlərin görüşünə Lavrov da qoşulacaq

Xatırladaq ki, sabah Donald Tramp və Vladimir Putinin ABŞ-nin Alyaska ştatının mərkəzi Ankoric şəhərində görüşəcəklər. Bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   prezident   görüş   sanksiyalar  



Xəbər lenti