Zelenski Starmerlə görüşüb

   Zelenski Starmerlə görüşüb
  14 Avqust 2025    Oxunub:1046
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın paytaxtı London şəhərində Baş nazir Kir Starmerin qəbuluna gedib.
Bu barədə Britaniya Baş nazirinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, onlar səhər yeməyi süfrəsi arxasında ABŞ və Rusiya liderlərinin sabahkı görüşü üzrə fikir mübadiləsi aparıblar. Eyni zamanda, bir sıra Avropa dövlət və hökumət başçısının Prezident Donald Trampla dünənki videokonfransını qiymətləndiriblər.

Tərəflər vurğulayıblar ki, Ukraynada ədalətli və davamlı sülhə çatmaq üçün əzm və həmrəylik mütləqdir.
DPA: "Avropalılar Trampı ələ almağa çalışırlar"

Xatırladaq ki, dünən bir sıra Avropa ölkəsinin dövlət və hökumət başçıları, habelə təşkilat rəhbərləri ABŞ və Rusiya liderlərinin Alyaskada gözlənilən görüşündən qabaq Prezident Donald Trampla videokonfrans formatında danışıqlar aparıblar.

Donald Tramp ilə Vladimir Putinin görüşü sabah Alyaska ştatının Ankoric şəhərində yerləşən "Elmendorf-Riçardson" Hərbi Hava Qüvvələri bazasında Moskva vaxtı ilə 22:30-da baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   Britaniya   prezident   baş-nazir   görüş  



Xəbər lenti