Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
  16 Avqust 2025    Oxunub:851
Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti