Rusiya SOCAR-ın Ukraynadakı obyektlərinə hücum edib

   Rusiya SOCAR-ın Ukraynadakı obyektlərinə hücum edib
  18 Avqust 2025    Oxunub:853
Avqustun 18-nə keçən gecə Rusiya PUA-ları “Nova Poçta” terminalına və Azərbaycanın SOCAR şirkətinin Ukraynada yerləşən terminallarına hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, Ukrayna mediasının və telegram-kanallarının məlumatına görə, “Şahed” pilotsuz təyyarələrinin hamısı, demək oılar ki, bir yerə istiqamətləniblər. Nəticədə Odessa şəhəri ətrafında güclü yanğın baş verib.

Eyni zamanda, yaşayış binalarına da ziyan dəydiyi bildirilir. Hücumun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, avqustun 6-na keçən gecə Rusiya ordusu SOCAR-ın Odessadakı neft bazasına da “Şahed” PUA-ları vasitəsi ilə hücum etmişdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: SOCAR   Ukrayna   Rusiya  



Xəbər lenti