Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı

   Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı
  18 Avqust 2025    Oxunub:843
Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
Yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.

İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əməlinə hüquqi qiymət veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti