"Azercell" Beynəlxalq Müsabiqənin telekommunikasiya tərəfdaşı olub
Dünya Finalında 50-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.
Azercell, tərəfdaşlıq çərçivəsində, yarış iştirakçıları və qonaqlar üçün kəsintisiz telekommunikasiya xidmətləri təqdim edəcək. Şirkətin sürətli, etibarlı və dayanıqlı rabitə həlləri tədbir boyunca fasiləsiz əlaqəni təmin edərək kommunikasiya proseslərinin effektiv və səmərəli həyata keçirilməsinə dəstək göstərəcək.
Qeyd edək ki, Azərbaycanlı tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilən Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə ölkəmizi ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.
Azercell ölkədə rəqəmsal ekosistemin inkişafı, gənclərin İT və İKT sahələrində bacarıqlarının artırılması və Azərbaycanın qlobal texnoloji mövqeyinin gücləndirilməsi istiqamətində belə nüfuzlu beynəlxalq layihələrə dəstək verməyə davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


