Salyanda ağır yol qəzasında bir nəfər ölüb

Salyanda ağır yol qəzasında bir nəfər ölüb
  18 Avqust 2025    Oxunub:937
Salyan rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.

Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər:



Xəbər lenti