“Prezidentlər Putinlə və Zelenski ilə çox uğurlu görüşüm oldu. Düşündüm ki, onlar mənsiz görüşsələr, daha yaxşı olar”, - Ağ Evin rəhbəri vurğulayıb.
|
| Putin Zelenski ilə görüşməyə hazırdır | VİDEO |
Avqustun 19-da Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ prezidentinin Ukraynadakı münaqişənin tezliklə həllinə nail olmaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, ABŞ Rusiya və Ukrayna ilə Putin və Zelenskinin görüşünün yerini müzakirə edir.
Xatırladaq ki, bundan əvvəl Donald Trampın özü Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşün anonsunu verib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


