Sərhədi pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Gürcüstan istiqamətində iki nəfər Banqladeş vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


