Trampla Putinin eşidilməyən dialoqu | VİDEO

   Trampla Putinin eşidilməyən dialoqu    | VİDEO
  21 Avqust 2025    Oxunub:613
ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin Alyaskanın Ankoric hava limanında görüşü zamanı kənardan eşidilməyən dialoq üzə çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, dodaqların tərpənişindən deyilənləri oxumağı bacaran ekspert onların söhbətini təhlil edib.

Mütəxəssisin sözlərinə görə, görüşdə ilk ifadə Trampdan gəlib. O, Putinin əlini sıxaraq “Nəhayət. Siz bunu etdiniz, sizi görmək çox xoşdur, mən bunu yüksək qiymətləndirirəm” deyib.

İddiaya görə, salamlaşma zamanı iki lider bir-birinə “kömək edəcəklərinə” dair söz veriblər. Daha sonra kürsüyə qalxarkən Tramp Putinə “əl sıxmağın yaxşı təəssürat yaradacağını” söyləyib. Rusiya prezidenti isə başı ilə təsdiq edərək Trampa əlini uzadıb.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Alyaska  



Xəbər lenti