Bloomberg: “Lavrov Rusiya-ABŞ dialoqunu pozur”

      Bloomberg:    “Lavrov Rusiya-ABŞ dialoqunu pozur”
  22 Avqust 2025    Oxunub:1221
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Rusiya və Çinin Ukraynanın təhlükəsizlik zəmanətlərinin təminatçısı sıralarına daxil edilməsi zərurəti barədə bəyanatları Moskva ilə Vaşinqton arasında danışıqları faktiki olaraq pozub.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinə müsahibədə bir sıra yüksək səviyyəli avropalı məmurlar və diplomatlar Lavrovun şərhlərini sülh prosesini dayandırmaq cəhdi kimi qiymətləndiriblər.

“Rusiya Xarici İşlər nazirinin bəyanatları Rusiya prezidenti Vladimir Putinin razılığa gəlməyə hazır olduğuna şübhə yaradır”, - agentliyin həmsöhbətləri bildiriblər.

Moskva Avropanın Ukrayna üzrə planını məqbul saymır
Onlar, həmçinin Kremlin Ağ Evi Ukraynaya təhlükəsizlik zəmanəti vermək ideyasından imtina etməyə inandırmağa çalışa biləcəyini də vurğulayıblar. Mənbələrin ehtimalına görə, Moskva ABŞ-nin tətbiq edəb biləcəyi yeni sanksiyaların qarşısını almaq üçün, Zelenski ilə Putin arasında mümkün sammiti aşağı səviyyəli rəsmilərin görüşünə endirməyə çalışacaq.

Sergey Lavrovun bəyanatları Ukrayna prezidenti Volodimir Zelenskinin Çinin sülhün təminatçısı kimi çıxış edə bilməyəcəyini açıqlamasıfonunda baş verib. Zelenski öz mövqeyini Pekinin müharibənin əvvəlindən Kiyevə dəstək verməməsi və əksinə, Rusiyanı dəstəkləməsi ilə əsaslandırıb.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən Hindistanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Moskva ilə mümkün barışıqdan sonra Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün ora qoşun yeritməyi düşünən Kiyevin avropalı müttəfiqlərinin təşəbbüsünü yenidən rədd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lavrov   dialoq  



Xəbər lenti