Hraparak: “Moskva Paşinyanla sərt danışıb”
“Paşinyana anladıblar ki, İrəvan gömrük orqanlarının yeni nəqliyyat marşrutlarına nəzarətini təmin etməsə, Ermənistan Aİİ daxilində ciddi problemlərlə üzləşə bilər”, - qəzetin həmsöhbətləri deyiblər.
Nəşr bildirir ki, söhbət Zəngəzur dəhlizindən (“Tramp marşrutu”) gedir. Mənbələrin sözlərinə görə, sonradan müddəti uzadılmaq imkanı nəzərə alınmaqla, ABŞ bu yolu 99 il müddətinə icarəyə götürmək hüququnu alıb.
- Əgər İrəvan nəzarət funksiyalarını yerinə yetirməsə, bu, Aİİ-nin fundamental prinsiplərinin pozulması olacaq. Paşinyan seçim qarşısındadır: ya Ermənistan özü təşkilatı tərk edəcək, ya da öhdəliklərini yerinə yetirməkdən boyun qaçıracağı təqdirdə, sanksiyalar və sonradan ittifaqdan çıxarılma riski ilə üzləşəcək”, - qəzetin mənbələri vurğulayıblar.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ermənistan tələb







Vaxtında, Aydın, Lazımlı!


