Ceyhun Bayramov rusiyalı həmkarı ilə danışıb

 Ceyhun Bayramov rusiyalı həmkarı ilə danışıb
  23 Avqust 2025    Oxunub:1261
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti