Xocavəndin iki kəndində yanğın başlayıb

Xocavəndin iki kəndində yanğın başlayıb
  25 Avqust 2025    Oxunub:501
Bu gün Xocavəndin iki kəndində yanğın başlayıb.
AzVision.az xəbər verir ki, yanğınlar Xocavənd rayon Edilli və Ağbulaq kəndi ərazisindəki meşə massivində qeydə alınıb.

Hadisə yerinə FHN-in qurudan Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, havadan Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları və yanğın davam edir.

AzVision.az



Teqlər:



Xəbər lenti