“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək

“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
  26 Avqust 2025    Oxunub:545
“Apple” şirkəti “iPhone 17” mobil telefonunun təqdimatına hazırlaşır.

AzVision.az xəbər verir ki, şirkət sentyabrın 9-da xüsusi tədbir keçirəcəyinin anonsunu verib.

Kaliforniya ştatının Kupertino şəhərində keçiriləcək tədbirdə şirkətə məxsus “iPhone 17” mobil telefonunun müxtəlif modellərinin ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Şirkətin bu dəfə, həmçinin, daha incə “iPhone 17 Air” modelini satışa çıxaracağı deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti