Ballıcada torpaqların icarəyə verilməsi prosesinə başlanılıb
Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Ballıca və Xanyurdu kəndlərində, ümumilikdə, 552 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək.
Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər.
Qeyd edək ki, bu günədək Ballıca kəndinin 123 sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


