Əraqçi: "ABŞ ilə danışıqlar mənasızdır"

      Əraqçi:    "ABŞ ilə danışıqlar mənasızdır"
  28 Avqust 2025    Oxunub:973
"Rəsmi Tehran danışıqlara hazırdır, ancaq bir şərtlə ki, Vaşinqton dialoq əsnasında hər hansı hərbi addım atmayacağına zəmanət versin".
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi "The Financial Times" qəzetinə müsahibəsində dilə gətirib. O diqqətə çatdırıb ki, hərçənd İran xalqı ABŞ tərəfi ilə istənilən görüşü, müzakirəni əbəs sayır.

"Ona görə də cəmiyyətdən tez-tez belə mesajlar alırıq ki, hökumət faydasız dialoqlarda vaxt itirməməlidir", – nazir vurğulayıb.
İran XİN: "Danışıqlar sual altında qalıb"

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  



Xəbər lenti