Paşinyan: “Sülh var, amma problemlər qalır”

      Paşinyan:    “Sülh var, amma problemlər qalır”
  28 Avqust 2025    Oxunub:992
Ermənistanla Azərbaycan arasında sülhün yaranması tərəflərin bir-birinə sualları olmaması anlamına gəlmir.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə belə deyib.

“Bəli, sülh bərqərar oldu, lakin bu o demək deyil ki, bizim problemlərimiz və həll edilməmiş problemlərimiz yoxdur. Hətta bizim heç vaxt münaqişə etmədiyimiz və dostluq münasibətləri qurduğumuz ölkələrlə münasibətlərdə də belə deyil. Amma sülh qorunmalıdır”, - Ermənistanın baş naziri bildirib.

Prezident: "Ağ Evdə paraflanan saziş bölgəyə sülh gətirib" | FOTOLAR
Onun sözlərinə görə, dövlətlərarası münasibətlərin qurulması və inkişafı prosesi dinamikdir.

Yeri gəlmişkən, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan dünən İctimai televiziyasına müsahibəsində ölkə konstitusiyasında dəyişiklik etmək yönündə Azərbaycan qarşısında İrəvanın heç bir öhdəlik götürmədiyi barədə müəmmalı açıqlama səsləndirib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.

Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıblar, həmçinin onun yekun ratifikasiyası üçün səy göstərəcəklər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   suallar  



Xəbər lenti