Meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb
  30 Avqust 2025    Oxunub:1046
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 43 yaşlı Sərdar Baxşıyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, onun yaşadığı Lərmərud kəndindəki meşə massivində xüsusi qulluq göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi və həyətindəki yarımtikilidən marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



AzVision.az


Teqlər:



Xəbər lenti