Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb
  01 Sentyabr 2025    Oxunub:373
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 1 sentyabr 2025-ci il tarixindən başlayıb.
Bu barədə AzVision.az -a kollegiyadan məlumat verilib. Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.

VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti