Fələstin səfiri Azərbaycana təşəkkür edib

   Fələstin səfiri Azərbaycana təşəkkür edib
  01 Sentyabr 2025    Oxunub:749
Fələstinin Azərbaycandakı səfiri Əhməd Metani humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.
Bu barədə diplomat səhiyyə naziri Teymur Musayevlə görüşündə deyib. Nazir Azərbaycanla Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

T.Musayev həmçinin Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. Nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Səfir isə öz növbəsində bildirib ki, iki ölkə arasında tarixi və ənənəvi dostluq münasibətlər mövcuddur: "Azərbaycanla Fələstin arasında münasibətlər həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf edir".

Ə.Metani, həmçinin Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti