Braziliya ilə siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib

Braziliya ilə siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib
  02 Sentyabr 2025    Oxunub:1181
Azərbaycan və Braziliya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib.
AzVision.az bu barədə Braziliya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir. Məlumatda bildirlir ki, siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Braziliyaya səfəri çərçivəsində baş tutub. Braziliya tərəfindən danışıqlara bu ölkənin Xarici İşlər Nazirliyinin baş katibi Mariya Laura da Roşa rəhbərlik edib.

Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli, regional və qlobal gündəmdə olan aktual məsələləri müzakirə ediblər. Tərəflər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Braziliya artıq otuz ildən çoxdur diplomatik münasibətləri davam etdirir.

Turizm, təhsil və parlamentlərarası əlaqələr ikitərəfli əməkdaşlığın ən aktual sahələri kimi dəyərləndirilib. Daha sonra Elnur Məmmədov Braziliyanın xarici işlər naziri Maura Vieyra ilə ikitərəfli danışıqlar aparıb.

AzVision.az



Teqlər:



Xəbər lenti