Kadırov: "Tramp çeçen imiş" | VİDEO
"Mən çeçenəm. Adım Donald Trompayevdir. Anam Roşni-Çudan, atam isə Martan kəndindəndir. Stalinin deportasiyası vaxtı atam öz yurdunu atmaq məcburiyyətində qalsa da, mən öz köklərimi qətiyyən unutmamışam".
Videoda "Donald Tramp" bildirib ki, o, tezliklə "evə qayıdacaq", çeçenləri 16 yaşından başlayaraq pensiyaya çıxaracaq.
"Bilirdinizmi ki, Donald Tramp çeçendir? Budur, özü də təsdiqlədi. O öz köklərini unutmayacağına söz verir", – Ramzan Kadırov videonun təsvirində vurğulayıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Çeçenistan Tramp süni-intellekt







Vaxtında, Aydın, Lazımlı!


